Keçmiş baş məşqçinin 9 yaşlı qızı öldü

  • 2019.08.30 10:32
  • 12549 Baxış
Keçmiş baş məşqçinin 9 yaşlı qızı öldü

 

 
"Barselona” klubunun və İspaniya yığmasının keçmiş baş məşqçisi Luis Enrikenin ailəsində ağır itki baş verib. Medicina.az xarici KİV-ə istinadən xəbər verir ki, futbol məşqçisinin 9 yaşlı qızı Xana sümük xərçəngindən vəfat edib.
 Luis Enrike 2015-ci ildə "Barselona” ilə Çempionlar Liqasını və 2 dəfə ölkə çempionluğunu qazanmışdı. 49 yaşlı mütəxəssis 9 oyunda İspaniya millisinə rəhəblrik etsə də, qızının xəstəliyinə görə iyun ayında yığma komandadan istefa vermişdi.

 

Məşhur məşqçi Twitter hesabında qızı ilə bağlı paylaşımı isə hərkəsi kədərləndirib: ”Sənin üçün darıxacağıq. Hərgün xatırlayıb, bir gün görüşmək ümidi ilə gözləyəcəyik".

 

 

Keçmiş baş məşqçinin 9 yaşlı qızı öldü
Keçmiş baş məşqçinin 9 yaşlı qızı öldü
Keçmiş baş məşqçinin 9 yaşlı qızı öldü