Keçmiş partiya sədrinin səhhəti pisləşib

  • 2026.01.05 16:25
  • 161 Baxış
Keçmiş partiya sədrinin səhhəti pisləşib


Fəaliyyəti dayanmış Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanovun səhhəti pisləşib.

Medicina.az xəbər verir ki, Modern.az-a danışan keçmiş partiya sədri hazırda İtaliyada müalicə olunduğunu bildirib.

"Ürək - damar və osteoxondrozla əlaqədar İtaliyada müalicə alıram. Həkimlər müəyyən müddət sakit yaşamağı, siyasətdən kənar olmağı məsləhət bilirlər".

Qeyd edək ki, 2023-cü ildə qəbul edilən "Siyasi partiyalar haqqında" yeni qanuna əsasən, 5000 üzvü olmayan partiyalar Ədliyyə Nazirliyində qeydiyyata alınmayıb.

MEDİCİNA.AZ