Kenquru sahibini vurub öldürdü - Kuryoz olay

  • 2022.09.15 17:53
  • 1485 Baxış
Kenquru sahibini vurub öldürdü   - Kuryoz olay


Avstraliyada fermada kenquru sahibinə hücum edərək zərbəylə öldürüb.

Medicina.az xəbər verir ki, 77 yaşlı kişi illərdir kenqurunu evində saxlayıb.

Kenqurunun öz sahibinə niyə belə hücum etməsinin səbəbi məlum deyil.

Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Ancaq heyvan tibb işçilərinin yaralının yanına çatmasına mane olduqdan sonra polis kenqurunu vurmağa məcbur olub.

Nəticədə tibb işçiləri yaralıya vaxtında kömək edə bilməyib və kişi ölüb.


Aygün Musayeva