Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Keyt Midlton xərçəngdən əməliyyat olunub?

  • 2024.02.05 16:34
  • 1282 Baxış
Keyt Midlton xərçəngdən əməliyyat olunub?


Şahzadə Keyt Middltonun səhhəti ilə bağlı Kral sarayı dəqiq məlumat vermədiyi üçün Britaniyada şayiələr yayılmaqdadır.

"Medicina" xəbər verir ki, ötən ay 42 yaşlı Keyt mədəsindən əməliyyat olunub.

O, hələ də aktiv həyata qayıtmayıb.

"Uels şahzadəsi qarşıdan gələn tədbirləri təxirə salmaq məcburiyyətində qaldığı üçün hər kəsdən üzr istəmək istəyir. O, mümkün qədər tez işə qayıtmasını səbirsizliklə gözləyir" - rəsmi bəyənatda bildirilir.

Hazırda Middlton evdədir, onun yanında ən yaxşı həkimlər var. Keytin xərçənglə mübarizə apardığını yazanlar onun səhhətinə ciddi ziyan vururlar.
Onun xərçəng olmadığı və plastik əməliyyat etdirmədiyini nəzərə almağınızı xahiş edirik.


Aygün Musayeva