Kifayət qədər süni tənəffüs aparatımız var - Nazirlik rəsmisi

  • 2021.10.12 17:25
  • 1343 Baxış
Kifayət qədər süni tənəffüs aparatımız var -  Nazirlik rəsmisi
“Süni tənəffüs aparatı ilə bağlı əvvəllər hansısa müəssisələrdə çətinlik olub amma indi belə problem yoxdur”.

Medicina.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.

V.Qasımov koronavirus xəstələrinə süni tənəffüs aparatlarının çatışmaması ilə bağlı məsələyə münasibət bildirib.

Onun sözlərinə görə, kifayət qədər, hətta işə salınmamış avadanlıqlar var, anbardadır:

“İstərdik ki, bu avadanlıqlara heç tələbat olmasın, amma olarsa, onlar fəaliyyətə başlayacaq”.