Kim ki, xəstələnir, günah onun özündədir – Respublikanın baş epidemioloqu

  • 2019.02.12 18:47
  • 9028 Baxış
Kim ki, xəstələnir, günah onun özündədir –  Respublikanın baş epidemioloqu
Azərbaycanda epidemioloji vəziyyət barədə baş epidemioloq İbadulla Ağayev medicina.az-a açıqlama verib.


O bildirib ki, yoluxucu və virus xəstəliklərinin heç biri ölkədə epidemik həddi aşmayıb. Ara-sıra qeydə alınan yoluxucu xəstəliklərə yoluxma halları qanunidir, illər boyu bütün dünyada olub və olmalıdır.


İndi insanları daha çox qrip xəstəlikləri narahat edir və maraqlandırır. 

Bu dəqiqə dünyanın heç bir ölkəsində qrip pandemiyası yoxdur. Azərbaycanda da hər il olduğu həddə, səviyyədədir. 


Kütləvi informasiya vasitələrindən xahiş edirəm ki, qripi şişirdib, elə həddə çatdırmasınlar ki, guya Azərbaycanda qrip tüğyan edir.

O insanlar xəstələnir ki, onlar özlərini bu mövsümdə mövsümi xəstəliklərdən yetərincə qoruya bilməyiblər”.


Həkimin yoluxucu xəstəliklərə yoluxmamaq üçün məsləhətlərini Videoda izləyə bilərsiz.