Türkiyəli professor Birol Özer mədə-bağırsaq xəstəlikləri olan insanlara oruc tutmaqla bağlı bir sıra tövsiyələrini verib.
Medicina.az r oruc tutanlarda tutmayanlara nisbətdə qəbizlik, retrosternal yanma, halsızlıq, baş ağrısı və ağırlığın daha çox olduğunu və müalicəyə uyğunlaşma, mədə-bağırsaq şikayətlərində artım və qanaxmanın daha çox müşahidə edildiyi bildirilib.
"Xəstənin əvvəllər mədə şikayətləri varsa, müayinə olunmalı və müalicə edilməlidir. Mədə şikayətləri olanlar xəstəliyinin şiddətinə görə həkimləri tərəfindən tövsiyə olunan antasid dərmanlardan istifadə edə bilərlər. Helikobakter pilori pozitiv xorası olan şəxslərin Ramazandan əvvəl müayinə və müalicəsi tövsiyə olunur. Ülseratif kolit və ya Kron xəstəliyi kimi iltihablı bağırsaq xəstəliyi olan şəxslərin isə xəstəliyin aktiv dövründə oruc tutmaları tövsiyə edilmir. Ancaq dərmanlarını mütəmadi olaraq istifadə etmələri şərtilə xəstəliyin azaldığı dövrlərdə oruc tuta bilərlər".
medicina.az