Kimlərə süd içmək olmaz? - ZƏRƏRLƏRİ

  • 2022.03.09 15:16
  • 8234 Baxış
Kimlərə süd içmək olmaz?    -  ZƏRƏRLƏRİ

Süd uşaqlara çox vacibdir və böyüyən orqanizmə faydalıdır. Lakin çox zaman uşaqlarda da imək südündəki laktozaya qarşı dözümsüzlük olur və orqanizm buna reaksiya verir.


Son zamanlar həkimlər böyük yaşlı insanlara bəzi xəstəliklərdə, eləcə də sağlamlıq üçün süddən tamam imtina etməyi tövsiyə, hətta tələb edir.

Bakupost.az südün yaşlı insanlara zərərlərini təqdim edir.

Laktoza barədə tibbə ilk dəfə 1619-cu ildə italiyalı Fabriçio Bartolettinin sayəsində məlum olub.
1780-ci ildə kimyaçı isveç Karl Vilhelm bu maddəni süd şəkəri kimi adlandırıb.

Bir çox insanların nazik bağırsağında kifayət qədər laktaza fermenti hasil olmadığı üçün süddəki laktoza tam parçalanıb qlükoza və qalaktoza ayrıla bilmir.


Bu zaman həll olunmamış süd şəkəri bağırsağa keçərək diskomfort, ağrı, köp yaradır, narahatlıq verir. İnsan yaşlandıqca bəzi xəstəliklər səbəbindən laktoza dözümsüzlüyü daha da artır.


Süddə orqanizm üçün vacib kalsiy, A, B, D vitaminləri, yağ turşuları var. Böyük insan da əgər ferment imkanları varsa süd içə bilər.
Təbii süd və süddən hazırlanan məhsullar (inək südü) laktoza dözümsüzlüyü olanlar, nazik bağırsaq və mədəaltı vəz problemi olanlara, eləcə də inək südündə olan zülala allergiyası olanlara olmaz.

Əgər bir stəkan süd içdikdən sonra qarında, dəridə narahatlıqlar hiss edirsizsə, laktoza dözümsüzlüyündən şübhələnmək olar.


Süddə olan doymuş yağ turşuları ürəyə də neqativ təsir göstərə bilər. Onlar piylənmə, köklük və ürək xəstəliklərindən əziyyət çəkən şəxslərə olmaz.


Böyük insana süddən imtinanı həkim konkret analiz və göstərişə uyğun verə bilər. Diyetoloq və ya pəhrizlər naminə südü rasiondan çıxarmaq olmaz.


Südə qarşı qida allergiyası və laktoza dözümsüzlüyü (laktozanı həll edə bilməmək) konkret analiz testlərlə aparılır.

Xəstədə tez-tez köp, ürəkbulanma, keçməyən ishal, qusma, halsızlıq, dəridə səpki, qızartı yaranarsa, həkim laktoza analizi verdirə və sınaq üçün 2-3 həftəlik süd və süd məhsullarını menyudan çıxara bilər.

Əgər süd rasiondan çıxdıqdan sonra bu əlamətlər yoxa çıxarsa, deməli bu insan südə əlini belə uzatmamalıdır.


Aygün M.
BakuPost