Kimlərə xurma yemək olmaz?

  • 2022.11.09 14:48
  • 3233 Baxış
Kimlərə xurma yemək olmaz?
Payızın ən əlçatan xurması sarı xurma yetişdi.

"Medicina" qızıl qədər dəyərli olan bu meyvənin zərərli tərəflərini təqdim edir.

Xurmada çox miqdarda şəkər olduğu üçün artıq çəkili insanlara, həmçinin şəkər xəstələrinə xurma yemək məsləhət görülmür.

Üç yaşadək uşaqlara xurma verməmək daha yaxşıdır, çünki onlarda bu yaşda mədə şirəsinin normal ifzarı formalaşmayıb. Bu səbəbdən də lif hissəcikləri mədəyə yapışa və qarında ağrılara səbəb ola ilər.



Mütəxəssislər yoda yüksək həssaslığı olan insanlara xurma yeməyi məsləhət görmür. Belə hallarda o, allergik reaksiyaların müxtəlif təzahürlərini yarada və ziyan vura bilər. Yoda qarşı allergiya ən çox uşaqlarda rast gəlinir, lakin böyüklərə də xeyli pis təsir göstərir.

Xurma yedikdən sonra ağız boşluğunu yaxalamaq və dişləri təmizləmək lazımdır, çünki karies riski böyükdür.


Mədə və bağırsaqlarda əməliyyat keçirən insanlara xurmadan imtina etməyə dəyər. Həddindən artıq xurma istifadəsi bağırsaq işinin pozulmasına gətirib çıxarır.


Məsələ ondadır ki, xurma qabığında çoxlu sayda taninlər saxlanılır. Bitki mənşəli bu maddələr aşılayıcı və büzücü xüsusiyyətlərə malikdir. Taninlər mədənin spesifik mühitində həzm edilməyən hissəcik qruplarını meydana gətirə bilər


Tanin şaxtada dağılır, ona görə də dondurulmuş xurma ağzı qamaşdırmır. Əgər təzə meyvələrdə həddən artıq tanin olarsa, onların dadı acı və büzücü olacaq. Soyuq mühitdə isə bu çatışmazlıqlar tam aradan qalxacaq. Yeri gəlmişkən, bu üsul xurmanın dadını yaxşılaşdırır və onu daha şirin edir.

Çox xurma yemək mədə və bağırsaqda tıxac əmələ gətirir.
Bəzən bu problem əməliyyata kimi gətirib çıxarır.


Aygün M