Kimlərə yaşıl çay içmək olmaz?

  • 2026.04.08 18:58
  • 129 Baxış
Kimlərə yaşıl çay içmək olmaz?

Hipertoniya və qlaukoma xəstələri yaşıl çay içməkdən çəkinməlidir.


Medicina.az xəbər verir ki, diyetoloq Nata Qonçar xəbərdarlıq edib.
Yaşıl çay super sağlam içki kimi tanınır.

O, iltihabla mübarizə aparan və ömrü uzadan antioksidantların çox zəngin mənbəyidir.

Həmçinin mərkəzi sinir sistemi üçün vacib olan vitaminlər, minerallar və amin turşuları ehtiva edir. Lakin mütəxəssis bəzi insanların bundan çəkinməli olduğunu deyir.

Nata Qonçarın sözlərinə görə, hamilə qadınlar bu çayı son dərəcə ehtiyatla içməlidirlər. Yaşıl çayın tərkibində kofein var ki, bu da yeni hüceyrələrin əmələ gəlməsi üçün vacib olan fol turşusunun udulmasına mane olur:
"Hipertoniya və qlaukoma xəstələri də fol turşusunun udulmasının azalması səbəbindən yaşıl çaydan çəkinməlidirlər".


Bundan əlavə, çox miqdarda və ya yeməklə birlikdə qəbul edilən yaşıl çay kalsium və maqnezium kimi vacib qida maddələrinin udulmasına mane olur, bu təsir onun tərkib hissəsi olan tanin maddəsinin təsirindən qaynaqlanır. Tannin həmçinin mədə-bağırsaq traktını qıcıqlandıraraq turşuluğun artmasına səbəb ola bilər.

"Xora və ya onikibarmaq bağırsağın xorası olan insanlar kəskinləşmənin qarşısını almaq üçün yaşıl çay içməkdən çəkinməlidir".

Gecələr yuxuya getməkdə çətinlik çəkən və ya yuxusuzluq yaşayan insanlar axşamlar yaşıl çay içməməlidir.

Aygün Musayeva