Kipriklərə çəkilən tuş kor edə bilər

  • 2022.03.19 15:57
  • 2126 Baxış
Kipriklərə çəkilən tuş kor edə bilər


Xanımların gözlərinə çəkdiyi kiprik tuşları, boyaları və linzalar korluqla nəticələnə bilər.

Bakupost.az xəbər verir ki, rusiyalı həkim oftalmoloq, səhiyyə rəsmisi, professor Tatyana Şilova eyni zamanda linza, layner və kiprik tuşu istifadə edənlərin göz sağlamlığını itirməsi təhlükəli olduğunu açıqlayıb.

Keyfiyyətsiz, köhnə, kimyəvi maddə qatqılı göz kosmetikası ilk dəfədən olmasa da, sonrada gözlərə toksiki təsir edib, intoksikasiyaya səbəb ola bilir.


“Bu məhsullardan gözlər qızarır, sulanır, qıcıqlanır, sanki dumanlı görmə hissi yaranır, gözün üst səthi quruyur. Bura allergik komponent də əlavə olunsa, qaşınma, yanma baş verir.


Dəfələrlə olub ki, toksik allergik reaksiya ola-ola bunu görməzdən gəlib, kosmetikaya davam edən, üstəlik kontakt linzalar taxan qızlar çox ağır vəziyyətə düşüblər və hətta kor olmaq həddinə çatıb.

Belə hallar əlavə müalicələr tələb edir və bu aylarla çəkə bilər.

Müalicə ərəfəsində pasiyentə gözlə qələm, tuş vurmaq qadağan edilir”


Ucuz, keyfiyyətsiz, saxta kosmetik vasitələrin toksiki reaksiyası nəticəsində gözlərin baryer funksiyası pozulur, ora mikrob, infeksiya düşür, linzalar isə onların yayılmasına səbəb olur, nəticədə buynuz qişanın iltihabi keratiti baş verir. İnsanda görmə zəifləyir.