67 yaşlı Konya sakini Rəhmi Karademir diz əməliyyatından sonra türk dilini unudaraq, danimarka dilində danışmağa başladı.
Medicina.az xəbər verir ki, kişi 20 il Danimarkada yaşayıb, amma sonra 10 ildir yaşadığı Türkiyəyə qayıtnışdı.
Anadolu Agentliyinin məlumatına görə, bütün bu illər ərzində o, yalnız türk dilində danışıb, amma heç vaxt danimarka dilində danışmayıb.
Gözlənilməz dəyişiklik diz əməliyyatından sonra yaranan ağırlaşmadan sonra baş verib. İki gün sonra kişinin sağ qolu və ayağı iflic olub və o, danışmağı dayandırıb. Tezliklə məlum olub ki, beynində tıxanmış arteriya var. Laxta çıxarıldıqdan sonra fiziki simptomlar azaldı, lakin türk qəfildən Danimarka dilində danışmağa başladı.
Rəhmi Karademirin hekayəsi insan beyninin diqqətəlayiq plastikliyinin yalnız bir nümunəsidir. Xüsusilə sinir sisteminə təsir edən cərrahi müdaxilələr həm gizli qabiliyyətləri "oyada", həm də şəxsiyyətin bəzi hissələrini silə bilər.
Yad aksent sindromu nədir?
2016-cı ildə Texas sakini Lisa Alamiya, İngiltərədə heç yaşamamasına baxmayaraq, ağıl dişləri çıxarıldıqdan sonra onda Britaniya aksenti oyandı. Bu nadir vəziyyət Yad aksent sindromu kimi tanınır. Bu, nitqin ritmi və intonasiyasının dəyişə biləcəyi və ya səslərin başqa bir dildə danışan şəxsin səsləri kimi tələffüz olunduğu nadir bir nevroloji vəziyyətdir.
Məlumdur ki, yad dil sindromu insultlardan, travmatik beyin xəsarətlərindən və ya əməliyyatdan sonra baş verə bilər - beyin nitq motor bacarıqlarını yenidən qurur.
Aygün Musayeva