Kişi həkimin tövsiyəsi ilə 300 hörümçəyi evinə yığdı

  • 2022.10.13 15:08
  • 1293 Baxış
Kişi həkimin tövsiyəsi ilə 300 hörümçəyi evinə yığdı



Britaniyalı kişi Aaron Finiks psixi sağlamlığı naminə hörümçək kolleksiya etməyə başlayıb.

"Medicina" xəbər verir ki, onun yataq otağında açıq rahat gəzişən 300 hörümçək var.

Belə ki, kişi psixiatrın tövsiyəsi ilə psixi sağlamlığını qaydaya salmaq üçün tarantul kolleksiyası yığmağa başlayıb.

Psixoterapevt onda bipolyar pozuntu aşkarlayıb və ona əyləncə üçüm maraqlı hobbi tapmağı tövsiyə edib.
Kişi hörümçəklərə marağı olduğundan bu işi seçib.

Hörümçəklər içində ən çox sevdiyi meksikan quş yeyən dişi hörümçəkdir.
Kişi hörümçəkləri heç də ucuz almır.

"Mən saatlarla dayanıb onları izləyə bilərən. Hörümçəklərin sayəsində həqiqətən mənim psixoloji vəziyyətim düzəlməyə başlayıb.

Elə ki, ruhdan düşən anlarım olur, yeni hörümçək alıram".


Aygün Musayeva