Kişi mama-ginekoloq gözəlliyi ilə heyran etdi

  • 2026.06.19 16:29
  • 106 Baxış
Kişi mama-ginekoloq gözəlliyi ilə    heyran etdi



Yaraşıqlı gənc mama-ginekoloq Çjan Szintao cəlbedici görünüşü ilə sosial şəbəkələrdə populyarlıq qazanıb.


Medicina.az xəbər verir ki, 25 yaşlı kişi həm də peşəkar işi sayəsində məşhurlaşıb.

O, insanlara mama-ginekoloqluğun kişi peşəsindən daha çox qadın peşəsi olduğunu iddia edən cəmiyyətə və r stereotiplərə meydan oxumağa hazır olduğunu göstərir.

Çoxları qeyd edir ki, Çjan həm doğuş edən qadınlara, həm də onların ailələrinə mənəvi dəstək verdiyi üçün peşəkar bacarıqlarını nadir emosionallıqla birləşdirir.


Yaraşıqlı gənc həkimin hekayəsi Çin sosial mediasında reaksiyaya səbəb olub və müasir dünyada gender rollarının necə dəyişə biləcəyinə dair bir nümunəyə çevrilib. İstifadəçilər Çjanı peşəkarlıq və empatiyanı birləşdirən yeni nəsil tibb işçilərinin simvolu adlandırıblar.

Aygün Musayeva