Kişi sonsuzluğu ilə süd vəzi xərçənginin əlaqəsi tapıldı

  • 2022.05.19 14:04
  • 1466 Baxış
Kişi sonsuzluğu ilə süd vəzi xərçənginin    əlaqəsi tapıldı


Kişilərdə sonsuzluq süd vəzi xərçəngi riskini 2 dəfə artırır.


Bakupost.az xəbər verir ki, bu barədə Britaniyalı onkoloqlar bildirib.

Alimlər 80 yaşa qədər 1998 nəfər kişi barədə tibbi məlumatları araşdırıblar.

Onlardan 2005-2017-ci illər arası olanlara süd vəzi xərçəngi diaqnozu qoyulub.

Bu qrupun məlumatını digər 1597 nəfərlik kontrol qrupla müqayisə ediblər.

Belə ki, süd vəzi xərçəngi övladı olmayan kişilərdə ata ola bilən kişilərdən 1,5-2 dəfə yüksək çıxıb.

“Kişilərdə süd vəzi xərçənginin dəqiq səbəbi elmə məlum deyil, bu nadir xəstəlikdir. Lakin bu elmi iş göstərdi ki, gəncliyindən sonsuzluq, reproduktiv sistemin zəifliyi ilə üzləşən kişilərdə süd vəzi riski var. Deməli, sonsuzluqla xərçəng arasında əlaqə var. Bunun da səbəbi hormonal disbalansdır. Digər faktor həyat tərzi, zərərli vərdişlər ola bilər. Bunu təyin etdikdə, sonsuzluq problemi olan kişilərin gələcəkdə xərçəngdən profilaktikası üçün tədbirlər görmək mümkündür”.