Kişi və qadınlarda xərçəngin bu növləri yayılıb

  • 2023.03.16 16:33
  • 1107 Baxış
 Kişi və qadınlarda xərçəngin bu növləri yayılıb


Rusiya Səhiyyə Nazirliyinin baş müstəqil onkoloqu Andrey Kaprin kişi və qadınlar arasında xərçəngin hansı növünün daha çox yayılması barəsində danışıb.


“Medicina” xəbər verir ki, xərçəng kişilərə və qadınlara fərqli şəkildə hücum edir. Həkimin sözlərinə görə, güclü cinsin nümayəndələri arasında nəfəs borusu və bronxların xəstəlikləri daha çox, prostat vəzinin onkoloji xəstəlikləri isə ikinci yerdədir.


Dəri xərçəngi olduqca yaygındır, dördüncü yerdə mədə, beşinci yerdə bağırsaq şişləridir.

Bəşəriyyətin zərif cinsinə gəldikdə, onlar ən çox döş xərçəngi, dəri, qadın daxili cinsiyyət orqanları (uşaqlıq və s.), o cümlədən kolon xərçəngi ilə "hücum" edirlər.

Onkoloq qeyd edib ki, əksər hallarda xərçəngin inkişafı üçün insanın həyat tərzi deyil, genetika diqqət çəkir.
Aleksandr Kaprin vətəndaşları müntəzəm tibbi müayinələrə məhəl qoymamağa, həmçinin ilk şübhə zamanı həkimə müraciət etməyə çağırıb.

Aygün Musayeva