Sağlamlığın yaxşı olması üçün kişilər rasionlarına zülallar, lif və heyvan yağlarını əlavə etməlidirlər - deyə qidalanma üzrə mütəxəssis Aleksey Kovalkov bildirib.
Mütəxəssis kişi rasionunda ilk növbədə protein qidalarının lazım olduğunu qeyd edib.
Daha sonra kişi cinsi hormonlarını təşkil edən heyvani yağlara üstünlük verilməlidir.
"Əgər kişi heyvan yağlarından məhrumdursa və həyat yoldaşı onu yalnız zeytun yağı ilə bəsləyirsə, ondan kişi olmaz".
Bundan əlavə o, doyma hissi verən lif qəbulunun vacibliyini də qeyd edib.
Mütəxəssislərin fikrincə, rasionu vitaminlər və xüsusi əlavələrlə zənginləşdirmək lazımdır. Yemək aşağı kalorili olmalıdır; üç əsas – ana öyün, bir və ya iki qəlyanaltıya bölünməlidir.