Kişilərdə erkən impotensiya infaktın xəbərçisi ola bilər

  • 2022.04.05 14:16
  • 3207 Baxış
Kişilərdə erkən impotensiya infaktın xəbərçisi ola bilər

Orta yaş kişilərdə erkən erektil disfunksiya - impotensiya insult və infarkt xəbərçisi ola bilər.

Bakupost.az xəbər verir ki, alimlər 158 pasiyentin üzərində apardıqları son elmi araşdırmada belə qənaətə gəliblər.
Kişilər 4-5 il ərzində tibbi müşahidədə olublar.

Onlarda erkən uroloji və androloji problemlər var idi.

Təhlillər göstərib ki, eksperimentin əvvəlində eyni vaxtda impotensiya və damaq iltihabı olan kişilərin 4-5 il ərzində ürək-damar xəstəılikləri meydana çıxıb.

Alimlər hesab edir ki, cinsi disfunksiyanın başlamasından ən tezi 4 il sonra ürək və beyin qan dövranı ilə bağlı problemlər baş qaldırır.
Erektil disfunksiya olan kişilərin miokard infarktı, ürək çatışmazlığı, işemik insult olma ehtimalı yüksəlir.

Alimlər bunun səbəbini iltihabi prosesin əsas arteriyaların aterosklerozu yaratması ilə izah edirlər.


Ona görə də ereksiyada problemi olan kişilər dərhal ürək-damar sistemini yoxlatmalı, müalicə almalı, vaxtında tədbir görməlidir.


Aygün Musayeva
BakuPost