Kişilər qadınlardan daha çox su içməlidir

  • 2023.07.25 15:50
  • 1119 Baxış
Kişilər qadınlardan daha çox su içməlidir

Gün ərzində tərləmə, nəfəs alma və sidiyə getmə səbəbi ilə təxminən 10 stəkan suyun xaric olduğunu nəzərə alaraq, gündə 2 litrdən çox su içilməsinin önəmli olduğunu bilməliyik. Bu da 8 stəkandan çox su deməkdir.



"Medicina" xəbər verir ki, uzman uroloq Samir Ağalarov suyun faydalarından danışıb.




"Sağlam vücuda sahib yetkin insan müəyyən müddət aralığında 2.5 litr maye itirir ki, bunun 1.5 litri ifrazla, təxminən 1 litri nəfəs alma, tərləmə və oynaq hərəkətləri ilə olur. İtirilən mayenin təqribən 20 faizi gün ərzində qəbul etdiyimiz qidalar sayəsində bərpa olunur. Qalan 2 litr su ehtiyacını isə gün ərzində su içərək doldurmaq sağlam vücuda sahib olmağımızı təmin edəcəkdir.



Kişi bədəni və metabolizmi qadın orqanizmindən fərqlənir. Müvafiq olaraq da, kişilərin qəbul etməli olduğu su miqdarı gündə təxminən 3 litr, qadınlarda isə bu miqdar təxminən 2 litrdir. Su miqdarı sadəcə cinsə görə deyil, yaşa və çəkiyı görə də dəyişən bir amildir. Ümumi orta hesabla isə gün ərzində 2 litr su içmək metobalizmanızı sürətləndirərək sizi sağlam bir vücuda sahib edəcəkdir".



Həkim su azlığının hansı fəsadları yaratdığını da açıqlayıb. Bildirib ki, insanda gücsüzlük, halsızlıq və bədənin performansı sürətlə azalır, təzyiqin aşağı düşməsinə səbəb olur. Suyu az içdikdə qan öz axıcılığını itirir və qatılaşır:

"Odur ki, əgər bədəndə su çatışmazlığı varsa, qan normadan çox laxtalanır və bu da orqanlara çox az miqdarda oksigen və qida maddəsi çatdırılmasına səbəb olur. Bunun nəticəsində də yorğunluq, halsızlıq, enerji azlığı, səhərlər oyana bilməmək kimi problemlər ortaya çıxır. Suyun bədəndəki digər bir funksiyası da bəzi vitamin, mineral və qida elementlərinin həzminə kömək etməsidir. Xüsusilə B qrupu vitaminlər və C vitamini ən önəmlilərindəndir".


Aygün Musayeva