Kişilərə çox oturmaq zərərlidir - Uroloq

  • 2023.03.03 15:38
  • 2198 Baxış
Kişilərə çox oturmaq zərərlidir  - Uroloq
Uroloq Artur Boqatırev müsahibəsində bildirib ki, əgər kişilər uzun müddət oturarsa, sidik – cinsiyyət sisteminə mənfi təsir etmiş olurlar.


“Medicina” xəbər verir ki, kişilərdə hərəkətsizlik kiçik çanağın damarlarında qan dövranının pozulmasına səbəb olur.

Həkimin sözlərinə görə, bu hal potensiyanın azalmasına, prostat vəzinin iltihabı proseslərinə, kiçik çanaq və xayaların varikoz damarlarına təsir edir.

Eləcə də az hərəkətsizlik qan və limfa durğunluğu əmələ gəlir və nəticədə prostat vəzinin oksigen aclığı ,toxunulmazlığının azalmasına gətirib çıxardır.

Az hərəkətsizlik, yəni uzun müddət oturaq iş, həyat əsas cinsi hormon hesab edilən testesteronun istehsalına mənfi təsir göstərir.

Kreslo, divan və ya stulda uzun müddət əyləşmək nəticəsində qasıq bölgəsi isinir və içindəki temperaturun artması (testislər) spermatazoidlərin keyfiyyətinin aşağı düşməsinə və testosteronun istehsalının azalmasına gətirib çıxardır.

Günay M