Kişilərin xilas yolu: Dazlaşma və keçəlləşmənin yeganə müalicəsi - Türkiyədə saç əkimi - VİDEO

  • 2023.03.07 10:05
  • 2338 Baxış
Kişilərin xilas yolu: Dazlaşma və keçəlləşmənin yeganə müalicəsi - Türkiyədə saç əkimi -  VİDEO
Kişilərdə irsi, yaşlanma və hormonlara bağlı saç tökülməsi müəyyən yaşdan sonra dazlıq və keçəllik kimi zahiri komplekslərə səbəb olur.

Uzun illər buna çözüm yox idi. Amma indi daz kişilərə az rast gəlinəcək.

Çünki tibb saç əkimi kimi metodu kəşf edib.


Medicina.az Türkiyədə saç əkimi prosesinin necə olması, tük kökü köçürülməsinin kimlərə uyğun olması barədə araşdırma aparıb.



Saç əkimi əməliyyatdır?


Saç köklərinin artıq aktiv olmadığı, baş dərisində yuvalı və tam tökülmə olan kişilərə tökülən nahiyəyə insanın qalan sağlam saç köklərinin nəql edilməsidir.

Bu mini əməliyyatda xəstənin əsasən ənsə nahiyəsində tökülməyə davamlı, gec tökülən saç follikulları toplanılır, onlar alının yuxarı hissəsinə və mərkəzə köçürülür.

Saç əkimi salonda, kiçik, naməlum mərkəzlərdə yox, xəstəxana ortamında və əməliyyatxanada aparılmalıdır.
Prosedurda cərrah, lazım olansa anestezioloq, tibb bacıları olmalıdır, əməliyyatxana steril və təhlükəsiz olmalıdır.




Saç əkimi kimlərə uyğundur?


Bu, saçları genetik olaraq 30 yaşından tökülənlər, 50 yaş üzəri keçəllik, dazlığı olan, müəyyən xəstəliklərdən sonra saçı tökülənlərə tətbiq olunur.

Tük nəqli təkcə baş dərisinə yox, bığ, saqqala da tətbiq olunur.

Öncə xəstə müayinə olunur, saç tökülməsinin səbəbi, diaqnozu müəyyənləşir.

Proses necə aparılır?

Adətən ənsədən alınan saç kökləri - qreftlər xüsusi maqqaşla alınır.

Əgər kişinin başında heç tük yoxdursa, saqqal, qol, ayaq və sinəsində sağlıqlı saç tükləri varsa, ordan toplanır.
Əməliyyat saç kökü nəql ediləcək sahənin, keçəlləşmənin miqyasına uyğun çəkir. Əgər sahə çox böyükdürsə, prosedur ayrı-ayrı günlərdə bir neçə dəfə olunur.

Ümumi narkoz verilmir, yerli anesteziya, keyitmə olunur, əgər xəstə çox həssasdırsa sedasiya- yuxuya vermə metodu seçilir.

Çox nadir halda ağrı ola bilər, bu zaman ağrıkəsici vurulur.

Saç əkildikdə ümumi başa bandaj taxılır, xəstə 3 saat sonra evə buraxılır.

3-5 gün evdə dincəlir, başını yumur, kəskin hərəkətlər, işlər görmür, sonra aktiv həyata geri dönür və həkiminin kontrol müayinələrinə gedir.





Saç əkimində yeni metodlar


Hazırda heç iz buraxmayan FUE metodu dəbdədir. Bu metodda tük kökləri tək-tək alınır, daz hissəyə əkilir. Klassik metodda isə ənsədən üzərində tüklər olan incə bir dəri xətti çıxarılır.

Nazik, qalın, cod, qıvrım və tükün materialı əməliyyat gedişi və nəticəsinə təsir edir.

Saç əkimini mütləq bu sahə üzrə ixtisaslaşmış plastik cərrahlar aparmalıdır.

Əkilən saçların tutmasının əsas şərti həmin nahiyəni dərhal, sürətlə qanlandırma, yəni qan təchizatını təmin etmək lazımdır,

Yalnız doğru əllərdə, düzgün texnika tətbiq olunduqda saç əkimi uğurlu olur.

Keçəl olan hissəyə tüklər təbii məsafəsində, əvvəl necə yerləşibsə elə əkilməlidir, sıxlıq, məsafə nəzərə alınmalıdır.


Saç əkdirən kişi yenidən keçəl olurmu?


Əkilən saçlar bir müddət sonra təbii ki, töküləcək, çünki əkilən köklər lazımdır. İnsanın zahiri tükləri təbii olaraq hər 3 aydan bir tökülür, yenilənir. Bu halda 3-4 ay sonra həmin köklərdən təkrar çıxacaq. Yalnız bundan sonra əkilən saç köklərinin necə tutması, tökülüb –tökülməməsi məlum olacaq.


Amma təbii ki, kişi yaşlandıqca və ya müəyyən sağlıq problemlərindən eyni bölgədəki digər saçlar tökülərək, ətrafda yeni daz sahələr yarada bilər. Ona görə hər kəs gələcəkdə lazım olduğu qədər saç əkimi əməliyyatı etdirə bilər. Buna say məhdudiyyəti yoxdur.

Saç əkimi üzrə dünyanın lider ölkələrindən biri Türkiyə səhiyyəsidir.

Burada həm məşhur dövlət, özəl xəstəxanalarda saç əkilir, eyni zamanda yalnız bu proseduru aparan estetik mərkəzlər, uzmanlar var.

Azərbaycandan rtıq yüzlərlə xəstə Bakıdan Türkiyəyə gedərək, yeni saçlarına qovuşub.





İstər qadın, istər kişi, uşaq pasiyentlər çox rahat şəkildə cəmi 1-2 gün ərzində Türkiyədə saç əkdirib geri qayıtmaq üçün Bayraktar Sağlıq Turizm şirkətinin Bakı ofisinə müraciət edə bilər.


Bayraktar Sağlıq Turizmi Şirkəti Azərbaycan vətəndaşlarının Türkiyədə müayinə, müalicə və əməliyyatlarını həyata keçirir.


Digər turizm agentliklərindən fərqi:


1. Bu agentlik deyil və Türkiyə Cümhuriyyətinin təşviqi ilə yaranmış Şirkətdir.
2. Həm Bakıda, həm də Türkiyədə ofislərimizin olması, hər iki ölkədə xidməti yüksək səviyyədə təşkil etməyə imkan verir.
3. Digər agentliklər xəstələri yalnız müəyyən faiz aldıqları klinikalara və ya öz klinikalarına göndərə bilir. Bayraktar sağlıq turizmi Şirkəti isə İstanbulun istənilən poliklinik və ya Universal hospitallarında sizə büdcənizə uyğun təkliflər edir.
4. Əgər hansısa səbəbdən uçuşunuz təxirə salınarsa, bilet və hotel məsələləri sığortalanır.
5. Əməliyyat zamanı fors-major hallar sığortalanır.
6. Azərbaycanda dünya standartlarının qəbul etdiyi testlər və müayinələr edərək, Türkiyədəki digər məsrəflər və vaxta qənaət edilir.
7. Agentlik və aracilara verilən faiz hesabına əməliyyat və müayinə qiymətlərinin süni artımı baş vermir, əksinə əlavə endirimlər alınır.
8. Bakı çıxışından, dönənədək Sizi müşayiət edəcək personal, maşın, pasientin digər məişət istəklərini həyata keçirir.
9. Əməliyyat sonrası müayinə Bakıda mümkün olarsa, test və müayinələri dünya standartlarına uyğun, Türkiyəyə getmədən Bakıda təşkil etmək vaxt itgisi və əlavə xərclərin qarşısını alır.


Artıq çəki və piylənmədən təhlükəsiz, əməliyyatsız xilas olmaq istəyən bütün pasiyentlər Bayraktar Sağlıq Turizmin müalicə paketlərindən istifadə edə bilər.


Əlaqə saxlamaq üçün telefon :
+994 70 - 988 -77- 07




Aygün Musayeva
MEDİCİNA.AZ
Kişilərin xilas yolu: Dazlaşma və keçəlləşmənin yeganə müalicəsi - Türkiyədə saç əkimi -  VİDEO