İllərdir sosial şəbəkələrdə kişi tənhalığı epidemiyası ilə bağlı müzakirələr gedir, alimlər həyəcan təbili çalır.
Kişi tənhalığı kişinin başqalarından ayrıldığını hiss etdiyi dərin emosional təcrid vəziyyətidir. Bu qadın tənhalığından onunla fərqlənir ki, kişilər ənənəvi olaraq müstəqil və “ifadə edilməmiş emosiyalarla” tərbiyə olunur, bu da dərin əlaqələr qurmağı çətinləşdirir.
Oğlanlara güclü olmaq, emosional təcrübələrə və ağrılara məhəl qoymamaq, həyat problemlərini kömək istəmədən müstəqil şəkildə həll etmək öyrədilir.
“Medicina” xəbər verir ki, klinik psixoloq və koqnitiv-davranışçı psixoterapevt Denis Xalyukovun qeyd etdiyi kimi, cəmiyyət və ailə çox vaxt kişilərdə güclü və emosional olmayan davranışları təşviq edir, zəiflik ifadələri halda nəzərə alınmır, ən pis halda isə qınanır və tənqid edilir.
"Yuxarıda qeyd olunan amillər kişilərin əhəmiyyətli bir hissəsinin öz emosiyalarını anlamaq, onları təsvir etmək və başqaları ilə danışmaq bacarıqlarını inkişaf etdirməməsinə gətirib çıxarır. Kişi həssaslığını damğalayan mühitdə böyümək kişilərin bundan utanmasına, ya da “zəiflik göstərdiyinə” görə özlərini tənqid etmələrinə səbəb ola bilər”.
Yaxın münasibətlər insanların bir-birinə ən həssas tərəflərini aşkara çıxarması üzərində qurulur. Kişi ünsiyyəti isə çox vaxt səthi olaraq qalır ki, bu da dərin və intim əlaqənin yaranmasına mane olur. Nəticədə, hətta dostları və romantik partnyorları olsa da, kişilər özlərini tənha hiss edə bilərlər.
Kişilərin danışmaq üçün dostlarının və ya etibarlı sevdiklərinin olmaması “kişi tənhalığı epidemiyası” kimi xatırlanır. Tədqiqatçılar qeyd edirlər ki, kişi tənhalığı problemi həqiqətən də geniş yayılıb.
Məsələn, 2021-ci ildə alimlər aşkar ediblər ki, müasir kişilərin 15%-nin yaxın dostu yoxdur. Pew Research, öz növbəsində, 30 yaşdan kiçik kişilərin təxminən 60% -nin eyni yaşda olan qadınlardan təxminən iki dəfə çox özünü tənha hiss etdiyini iddia edir.
Kişilər özləri də sosial mediada tənha hiss etdiklərini etiraf edirlər:
"Sözümü deyə biləcəyim insanları tapmaqda çətinlik çəkirəm və indi bütün dostlarım daha çox həyat yoldaşım vasitəsilə tanış olduğum iş yoldaşlarına bənzəyirlər. Biz çox fərqliyik. Dost olmaq istədiyim insanları tapmaq çətindir, çünki biz fərqli çevrələrdəyik.
Demək olar ki, hər zaman tənha oluram. Bəzən aylarla kimsəsiz gəzirəm, həyatımda baş verənləri, hisslərimi və yaşadıqlarımdan danışıram".
"Mənim dostlarım yoxdur - yalnız həmkarlarım və iş əlaqələrim var. Ən yaxşı dostum həyat yoldaşımdır və yəqin ki, mənə lazım olan tək şey budur”.
"Mən çətin ki, dostlarımı etibarlı adlandıra bilərəm - o mənada ki, onların heç birini ən yaxşı dostum adlandıra bilmərəm və ya bir şey olarsa, onlara zəng edə bilmərəm."
Hal-hazırda, tənhalığın həyatımıza mənfi təsirinə işarə edən çox sayda məlumat var. Amerikalı tədqiqatçılar birmənalı şəkildə bildirirlər ki, tənhalıq vaxtından əvvəl ölüm riskini 26% artırır. Bu, digər insanlarla mənalı sosial əlaqələrin olmamasını gündə 15 siqaret çəkmək qədər zərərli edir.
Aygün Musayeva