Kişinin gözündən milçək sürfələri çıxarıldı - FOTO

  • 2022.04.13 15:55
  • 3616 Baxış
Kişinin gözündən milçək sürfələri çıxarıldı   -  FOTO


Bağda ağac, gülləri əkib-becərən kişinin gözündə qızartı və qaşınma əlamətləri başlayıb. O, xəstəxanaya yardım üçün gedib.

Bakupost.az xəbər verir ki, xəstə gözünün içində nəyinsə gəzişib tərpəndiyini hiss edir.

Həkimlər müayinə zamanı onun gözündə şəffaf rəngdə sürfələr tapıblar. Məlum olub ki, bunlar milşək sürfələridir.

Həkimlər göz almasının xarici hissəsində 10-dan çox milçək yumurtası aşkarlayıblar. Onlar gözün içində hərəkətdə idilər. Onları şipsilərin köməyilə çıxarıblar.

Kişinin sözlərinə görə, o at və quzu fermasının yanındakı bağda işləyirmiş. Bu zaman o, quzu və at balalarını sığallayıb, üzünü onlara yaxınlaşdırıb.

Bu ərəfədə heyvanların burnu, gözü və tükündə yumurta qoymuş milçəyin sürfələri kişiyə keçib.


Adətən milçəklər keçi və quzu, qoyunlarda yumurta qoyur, nadir halda insanları da yoluxdurur.