Kişinin hansı səhvləri qadını soyudur?

  • 2026.04.09 23:32
  • 254 Baxış
Kişinin hansı səhvləri qadını soyudur?


Qadınlar partnyordan birdən-birə soyumur.
Bu, yavaş-yavaş olur. Hər gün kiçik səhvlər yığılır, axırda qadın sadəcə içindən bağlanır.

Medicina.az kişilərin yol verdiyi 7 səhvi təqdim edir:

1. Qadını dinləməmək

Qadın danışmaq istəyir, kişi isə:
ya telefondadır
ya yarım qulaq asır
ya da tez “məsləhət” verir
Amma qadın həll yox, anlaşılmaq istəyir.

Dinlənməyən qadın bir müddət sonra susur.
Susanda isə artıq içində uzaqlaşır.

2. Diqqətsizlik, laqeydlik

Qadın üçün xırda şeylər böyükdür:
halını soruşmaq
necə olduğunu hiss etmək
gözünə baxmaq
Kişi bunları etməyəndə qadın belə düşünür:

“Demək, mən artıq onun üçün vacib deyiləm.”
Bu hiss gələndən sonra soyuma başlayır.

3. Kobud və ya sərt davranış


Sözlə incitmək, sərt danışmaq, aşağılayıcı ton…
Qadın bunu unutmur.
Bədən yaxın olsa da, ruh uzaqlaşır.

4. Qadını dəyərsiz hiss etdirmək

təşəkkür etməmək
gördüyünü deməmək
onu “adi” qəbul etmək

Qadın dəyər görməyəndə içində bağlanır.

5. Təkcə fiziki yaxınlıq istəmək

Ən böyük səhvlərdən biri budur.
Kişi yalnız fiziki yaxınlıq istəyir, amma:
emosional yaxınlıq yoxdur
söhbət yoxdur
bağ yoxdur.
Qadın üçün yaxınlıq əvvəlcə beyində başlayır, sonra bədəndə.

6. Müqayisə etmək


Başqa qadınlarla müqayisə etmək — açıq və ya gizli.
Bu, qadının içində dərin yaradır.
Və bu yara çox vaxt bağlanmır.

7. Özünü inkişaf etdirməmək

Qadın zamanla dəyişir, böyüyür.
Kişi isə yerində qalırsa, qadın onu “itirir”.
Artıq maraqlı gəlmir, cazibə azalır.

8. Stress və əsəbini evə gətirmək

Kişi çöldə yığdığı gərginliyi evdə boşaldır.
Qadın isə bunu belə hiss edir:
“Mən onun üçün rahatlıq yeri deyiləm, stress yeriyəm.”
Bu da uzaqlaşdırır.

9. Qadının emosiyalarını kiçiltmək

“Şişirdirsən”, “boş şeydir”, “yenə başladın...”
Bu cümlələr qadını bağlayır.
Bir müddət sonra artıq o, heç nə paylaşmır.

10. Qadını “əldə olunmuş” kimi görmək

Ən kritik nöqtə budur.
Kişi düşünür ki: “Artıq mənimdir, nə etsəm olar.”
Amma qadın hər gün yenidən seçilmək istəyir.


Əgər qadın:
əvvəlki kimi danışmırsa
toxunuşdan qaçırsa
susursa....
bil ki, problem artıq başlayıb.

Aygün Musayeva