Kişiyə "pələng gücü" verən - reseptlər

  • 2026.04.24 22:34
  • 108 Baxış
Kişiyə "pələng gücü" verən    - reseptlər


Keçmişdə kişilər güc və enerjini artırmaq üçün dərmanlara deyil, təbiətin verdiyi sadə, amma təsirli vasitələrə müraciət edirdi. Bu üsullar həm bədəni dəstəkləyir, həm də ümumi sağlamlığı gücləndirirdi.


Medicina.az aslan güclü təbii reseptləri təqdim edir:

1. Bal, qoz və küncüt qarışımı

Bu qarışım illərdir istifadə olunur və xüsusilə enerji üçün faydalıdır.

Tərkibi:

1 xörək qaşığı bal
1 xörək qaşığı üyüdülmüş qoz
1 çay qaşığı küncüt

Faydası:

bədəni enerji ilə təmin edir
faydalı yağlar və minerallarla zəngindir
ümumi gücü və dözümlülüyü artırır.

2. Zəncəfil və bal qarışımı

Zəncəfil qan dövranını stimullaşdıran təbii vasitədir.

Necə istifadə olunur:

1 çay qaşığı rəndələnmiş zəncəfil 1 çay qaşığı bal ilə qarışdırılır.

Təsiri:

qan dövranını yaxşılaşdırır
bədəndə istilik və enerji hissi yaradır.

3. Qara zirə və bal

Faydası:
immuniteti dəstəkləyir
bədəni gücləndirir
yorğunluğu azaldır.

4. Süd və xurma qarışımı

Bu resept xüsusilə zəiflik hiss edənlər üçün tövsiyə olunur.
Tərkibi:
1 stəkan ilıq süd
2–3 ədəd xurma
Təsiri:
enerji verir
bədəni qidalandırır
ümumi gücü artırır.

5. Kəklikotu çayı

Sadə görünür, amma təsirlidir.
Faydası:
sinir sistemini sakitləşdirir
qan dövranını dəstəkləyir
bədəni balanslaşdırır.

Aygün Musayeva