Klinikaya marketinq direktoru tələb olunur

  • 2022.10.03 16:59
  • 1506 Baxış
Klinikaya marketinq direktoru   tələb olunur

Bioloji Təbabət klinikası və filialları Azərbaycanda və həmçinin postsovet məkanında inteqrativ tibb müalicə metodlarını inkişaf etdirən və məşğul olan yeganə klinikadır.

Klinika 2009-cu il may ayından fəaliyyətə başlamışdır. Hazırda Bioloji Təbabət klinikasında müxtəlif ixtisaslar üzrə həkimlər fəaliyyət göstərir. Almaniyada və digər ölkələrdə ixtisaslaşmış Bioloji Təbabət klinikasının həkimləri mükəmməl akademik bilikləri ilə bioloji təbabətdə öyrəndikləri yenilikləri öz təcrübələrində birgə tətbiq etməklə daha böyük uğurlara imza atmışlar.

Bioloji Təbabət Klinikasında xroniki və autoimmun xəstəliklərin müalicəsi aparılır. Klinikaya Rusiyadan, Qazaxıstandan, Orta Asiya ölkələrindən, Pakistandan, İraq, İran və hətta Türkiyədən müalicə almaq üçün xroniki xəstələr gəlir.

İşçilərimizin sayı ortalama 300 nəfərdir. Onlardan hər biri unikaldır və bioloji təbabətin inkişafına böyük töhfə verir.

Əməkdaşlarımızın peşəkar inkişafı üçün imkanlarımızı davamlı şəkildə səfərbər edirik.

Tələblər

• Güclü kommunikasiya bacarıqlarının olması
• Gərgin iş rejimində və çoxfunksiyalı komanda ilə işləmək bacarığı
• Strateji, analitik düşünmə və işləmək bacarığı
• Azərbaycan və İngilis dilləri-yüksək səviyyədə,Rus dili arzuolunandır
• Müxtəlif reklam platformaları və alətləri ilə praktik təcrübə (Google Ads, Facebook Business Manager və s.);
• Yeniliyə açıqlıq
• Tənqidi düşünmək və problem həll etmə bacarığı

Məsuliyyətlər

- Brendlərin və portfolio məhsullarının kommunikasiya strategiyalarına uyğun olaraq rəqəmsal marketinq planlarının, kampaniyalarının hazırlanması və həyata keçirilməsini idarə etmək;

- Klinikanın müalicə etdiyi xroniki və autoimmun xəstəlikləri barədə məlumatları xarici ölkələrə çatdıraraq, Tibbi turizm vasitəsilə xarici ölkədən xəstələrin müalicə üçün Azərbaycana gəlmələrini təşkil etmək bacarığı;

- Şirkətin bütün dizayn materiallarının hazırlanmasına nəzarət;

- Şirkətin marketinq sisteminin təkminləşdirilməsi;

- Filiallar üzrə marketinq və kommunikasiya fəaliyyətinə nəzarət

- Komandanın idarə edilməsi

- Ənənəvi reklam platformasında reklam bölgüsünün həyata keçirilməsi və komandanın düzgün istiqamətdə yönləndirilməsi

- Kampaniyaların nəticələrini və effektivliyini təhlil etmək və rəqəmsal marketinq portfeli üzrə aylıq hesabatlar yaratmaq;

- PR strategiyası üzrə düzgün imic reklamlarının keçirilməsinə rəhbərlik edilməsi

- Kreativ konseptlərin hazırlanması və prezentasiya olunması

- Şirkət saytına və sosial media səhifələrinə nəzarət etmək

- Xarici ölkələrdə Tibbi turizm üzrə keçirilən sərgi və konfranslarda iştirak etmək.

Dəyərlərimiz:

o İnkişaf və davamlı öyrənmək istəyi

o Qayğı göstərmək və kömək etmək istəyi

o Bioloji Təbabət -orqanizmin özünübərpa və müdafiə sistemlərinin pozulmuş funksiyalarını bərpa edən və səbəbin aradan qaldırılmasına yönəldilən müasir təbabətdir

Şərtlər:

İş qrafiki 6 günlük, Bazar ertəsi-Cümə saat 09:00 -dan 17:00-dək, Şənbə saat 10:00 – 13:00

İstirahət: Bazar günü;

Əmək haqqı: 1500 - 2500 AZN

Göstərilən tələblərə uyğun namizədlərdən mövzü hissəsində “Bioloji Təbabət Klinikasına Marketinq şöbəsinin direktoru” qeyd edərək CV formasını [email protected] ünvanına göndərməyiniz xahiş olunur.