Xəbər verdiyimiz kimi, dünən “Location” klubda partlayışda yaralanlar arasında bloqer Aysel Şükürova da olub.
Bakupost.az xəbər verir ki, onun vəziyyətinin ağır olduğu deyilir.
Bloqerin son görüntüsünü dostu Raul "Instagram"da paylaşıb.
O, hər kəsdən Aysel üçün dua etməyi xahiş edib.
Həmin foto izləyicilər tərəfindən geniş müzakirələr səbəb olub. Bəziləri onun A.Şükürova olduğuna inanmayıb.
Qeyd edək ki, aprelin 3-də baş vermiş hadisə nəticəsində 1 nəfər həyatını itirib (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova), 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə də ziyan dəyib.