Köhnə şəkər dərmanları qocaları əqli zəiflikdən qoruya bilər

  • 2022.10.13 14:53
  • 3023 Baxış
Köhnə şəkər dərmanları qocaları əqli zəiflikdən  qoruya bilər

Diabetə qarşı klassik dərmanlar qocalıq əqil kəmliyinin qarşısını alır.

"Medicina"xəbər verir ki, tədqiqatlar göstərib ki, çoxdan kəşf olunmuş diabet dərmanlarl demensiyanı 20% azaldır.

Arizona universitetinin geniş elmi işində artıq çoxdan müalicədə istifadə olunmayan tiazolidinlərin Alsgeymer və demensiyada effektiv olduğunu sübut edib.

20 il əvvəl bu preparatlar diabetlərdə geniş istifadə olunurdu, amma sonra toksikliyinə görə istifadədə azaldı.
İndi müasir həkimlər onu tanımır.

500 min insanı əhatə edən eksperimentdə bu dərmanların Alsgeymer əleyhinə təsiri olduğu göstərilib.

Bu preparat qanda zərərli xolesterini salır, damarlarda qan axınını təmin edir, bununla da beyinin oksigenlə təminatını yaxşılaşdırır.

Dəbdən düşmüş dərman bu kəşfə görə yenidən gündəmə gələ bilər.
Ekspertlər hesab edir ki, bu dərmanı II tip diabet xəstələrinə vermək olar. Bu onlarda intelektual pozulmaları əngəlləyər.

Aygün Musayeva