Kökəlmək istəyənlər nə yeməlidir? - Tövsiyələr

  • 2021.04.13 15:50
  • 5636 Baxış
Kökəlmək istəyənlər nə yeməlidir? -  Tövsiyələr
Necə edək ki, kökəlib, çəki yığaq? Kökəlmək üçün dieta varmı? Niyə bəzi insanlar çox yesə də kökələ bilmir.
Sağlam şəkildə kökəlməyin də öz metodları var. Kökəlmək üçün xüsusi effektiv qidaları menyunuza daxil edin.

Medicina.az kökəlmək istəyən xanımlara faydalı olacaq pəhrizləri təqdim edir:

1 həftə boyunca səhər yeməyi ilə günorta yeməyi arasında yarım stəkan su ilə çeynəmədən 3-4 ədəd mixək udulmağı tövsiyə edilir.

7 gün tamamlandıqdan sonra aşağıdakı qaydalara başlanılır:

Yeyəcəyiniz hər növ ətlə birlikdə( qoyun,dana,balıq və ya toyuq) mütləq orta boyda bişmiş pomidor yeyilməlidir.

Yeməklərin yanında buğdadan bişirilmiş çörək yeyin(kəpəkli olmasın).

Hər gün 1 ay boyunca 10-15 ədəd püstə, meyvələrdən daha çox təzə ağ üzüm və banan yeyin.

Hər günorta yeməyində mütləq təzə qaynadılmış kartofu qida rasionuna daxil edin.

Acı olmamaq şərtilə salatınızdan bolqar bibərini əskik etməyin.

Hər axşam yeməyindən sonra bir fincan melissa çayı içilməyində fayda var.

Hansı meyvəni yesəniz mütləq bir kasa qatığın içərisinə doğranmış şəkildə qəbul edin.

Hansı südlü şirniyyatlardan yesəniz üzərinə darçın səpin.

Təbii ki, bu prosesin mənəvi tərəfi də var. İş yerinizdə və ya evinizdə çalışın süfrəyə tək oturmayın. Tək oturduqda iştah daha az olur ki bu da kökəlmək istyən xanımlar üçün məsləhət deyil.

Hər gün 20 dəqiqə mütləq gəzin və bir ay boyu eyni saatlarda yeriməyə çalışın.


Təbii ki, kökəlmək istəyən xanımlar üçün də bəzi məhdudiyyətlər var.

Gündə 2 stəkandan artıq çay içmək olmaz.

Turşu, istiot və süddən uzaq durun.

Yuxarıda yazılanlara əməl edərkən, noxud, ispanaq, kələm yeyilməməlidir.

Çəkisi normadan çox aşağı olan, kökəlmək istəyən, anoreksiyadan əziyyət çəkən insanlar dietoloq Rəna Həsənova ilə sağlam şəkildə çəki artıra bilərlər.
Əlaqə telefonu:
070 750 01 23