Komunarkanın baş həkimi 39 yaşında ölən xəstədən danışdı: “Piylənmə və təzyiqi çox idi”

  • 2020.04.03 14:27
  • 1806 Baxış
 Komunarkanın baş həkimi 39 yaşında ölən xəstədən danışdı:    “Piylənmə və təzyiqi çox idi”


Dünən gecə Moskvanın Komunarka xəstəxanasında ölən 39 yaşlı koronaviruslu xəstə barədə baş həkim açıqlama verib.

Medicina.az xəbər verir ki, özü də xəstə olan baş həkim Denis Proçenko sosial şəbəkədə cavan xəstənin koronavirusa təslim olmasının səbəbini distress-sindromunda görüb.

“ Bu sindrom artıq çəkili, normadan artıq piylənməsi olan pasiyentlərdə istənilən xəstəliyi ağırlaşdırır, ürək, ağciyər zədələnir və qanın laxtalanması pozulur. 39 yaşlı pasiyentimiz arterial hipertenziya və piylənməsi olan xəstə idi.

Məhz koronavirus fonunda distress sindromundan həyatını itirdi. Belə xəstələrimiz var. Onlar kəsinliklə İBL aparatına qoşulmalı xəstələrdir. Amma bəzən aparata qoşulsalar da hamını xilas etmək mümkün olmur”.