Havanın temperaturu artdıqca evlərdə və iş yerlərində kondisionerlər işə düşməyə başlayır.
Medicina.az xəbər verir ki, kondisionerlər yaşayış rahatlığını artırsa da, səhv və ya həddindən artıq istifadə edildikdə bəzi sağlamlıq və ekoloji problemlər yarada bilər.
Kondisioner vurması bədənin ani temperatur dəyişikliklərinə məruz qaldığı zaman meydana gələn bir vəziyyətdir. Bu vəziyyət baş ağrısı, əzələ ağrısı, titrəmə, boğaz ağrısı, yorğunluq və hətta qızdırma kimi simptomlarla özünü göstərir.
Xüsusilə yayda çox isti mühitdən soyuq kondisionerli mühitə (və ya əksinə) qəfil keçid zamanı baş verir.
Kondisionerin əsas zərərləri bunlardır:
NƏFƏS PROBLEMLƏRİ
Hava filtrləri təmizlənməsə, bakteriya, göbələk və kif əmələ gələ bilər. Tənəffüs yolu infeksiyaları və astma tutmaları baş verər.
Həddindən artıq soyuq hava burun tıxanıqlığı, boğaz quruluğu və öskürək kimi narahatlığa səbəb ola bilər.
ƏZƏLƏ VƏ OYNAQ AĞRILARI
Kondisionerin qarşısında uzun müddət oturmaq boyun sərtliyinə, bel ağrılarına, revmatik ağrıların artmasına səbəb ola bilər.
İmmunitet SİSTEMİNƏ TƏSİRİ
Həddindən artıq soyuq mühit, aşağı bədən istiliyi, zəifləmiş imnunitet, infeksiyalara qarşı daha həssas olur.
GÖZ VƏ DƏRİ QURULUĞU
Kondisioner quru gözlər, yanma və qızartı, quru dəri, qaşınma yaradar.
BAŞ AĞRISI
İsti və soyuq temperaturlar arasında qəfil keçidlər miqrenə səbəb ola bilər.
Soyuq hava, beyin damarlarını daraldar, baş ağrıları yaradar və konsentrasiyanı azaldar.
ƏTRAF MÜHİTƏ ZƏRƏRLƏRİ
Köhnə tipli kondisionerlərdə ozon təbəqəsini zədələyən qazlar var.
Kondisionerdən intensiv istifadə elektrik enerjisini artırır və dolayı yolla karbon izini artırır.
Kondisionerli sərin mühitdən isti xarici mühitə qəfil keçid bədən istiliyinin tarazlığını pozur və istilik vurması riskini artırır.
MƏSLƏHƏTLƏR
- Otaq temperaturunu çox aşağı salmayın
- Kondisionerin temperaturu 22-24°C arasında olmalıdır. Xarici mühitlə fərq 6-8°C-dən çox olmamalıdır.
- Həddindən artıq soyutma bədən istiliyinin sürətlə azalmasına səbəb olur, insult yaradır.
KONDİSİONERİN BİRBAŞA SİZƏ VURMASINA İMKAN VERMƏYİN!
Kondisionerin üfürmə istiqaməti birbaşa baş, boyun və ya bədənə yönəlməməlidir. Kondisioner küləyinə məruz qalmaq boyun sərtliyinə, əzələ ağrısına və baş ağrılarına səbəb olur.
TƏRLİ OLAN VAXTINDA KONDİSİONERİN ALTINDA QALMAYIN!
Tərli bədən qəfil soyuq havaya məruz qaldıqda, qan damarları sürətlə daralır, bu da əzələ ağrısı və başgicəllənməyə səbəb ola bilər. Tərlədiyiniz zaman əvvəlcə özünüzü qurudun və sonra sərin bir mühitə keçin.
YATMADAN ƏVVƏL KONDİSİONER SÖNDÜRİLMƏLİDİR
Yatarkən uzun müddət kondisionerə məruz qalmaq səhər baş ağrısı, boğaz ağrısı, burun tutulması kimi şikayətlərə səbəb olur. Yuxu taymeri ayarı ilə kondisioneri bir neçə saatdan sonra sönməyə qurmaq olar.
Çirkli filtrlər bakteriya, kif və göbələk çıxararaq infeksiya riskini artırır. Filtrlər ayda bir dəfə təmizlənməli və ildə ən azı bir dəfə peşəkar texniki qulluq göstərilməlidir.
Aygün
Medicina.az