Konsertə damğa vuran an - Qadının dodaqlarından öpdü

  • 2026.04.30 21:44
  • 271 Baxış
Konsertə damğa vuran an -  Qadının dodaqlarından öpdü

Dünyaca məşhur müğənni Enrike İqlesias konsertindən paylaşım edərək, birlikdə şəkil çəkdirərkən bir pərəstişkarının dodaqlarından öpdüyünü bildirib.

Medicina.az xəbər verir ki, məşhur müğənni konserti zamanı yaşadığı qeyri-adi anı sosial media hesabında paylaşıb. Səhnəyə çıxan bir pərəstişkarı ilə olan ünsiyyəti tez bir zamanda gündəm olub.

Konsert zamanı bir qadın pərəstişkarı səhnəyə tullanıb və İqlesiasın dodaqlarından öpüb. Müğənni gözlənilməz andan təəccüblənib.

Hadisədən sonra ikisi birlikdə selfi çəkdiriblər. Bu an həm sosial mediada, həm də konsert izləyiciləri arasında geniş əks-səda doğurub.

Enrike İqlesias görüntüləri milyonlarla izləyicisi olan X hesabında "Bu, dəlilik idi, nəzarətdən çıxdı" başlığı ilə paylaşıb.

Aygün
Medicina.az