2000-ci il təvəllüdlü Ləman Qulamovanın Yeni Klinikanın Reanimasiya şöbəsində müalicəsi davam etdirilir.
Medicina.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Yeni Klinikanın Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda pasiyentin vəziyyəti ağır stabildir. Süni tənəffüs dəstəyi alır, ağciyər göstəricilərində müsbət dinamika izlənilir.
Qeyd edək ki, Ləman Qulamova Yasamalda baş verən yanğında həlak olan Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızıdır.
Xatırladıq ki, yanğın noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında baş verib.