Kor-koranə, hər kimi oldu əməliyyata almaq olmaz - Ümumi cərrah

  • 2026.04.09 18:42
  • 110 Baxış
Kor-koranə, hər kimi oldu əməliyyata almaq olmaz   - Ümumi cərrah


Əməliyyata düzgün yanaşma olanda, əməliyyatdan sonrakı dövr də normal keçir. Pasiyent də bunu daha rahat keçirir, yəni bərpa prosesi çətin olmur.

Medicina.az xəbər verir ki, bu sözləri ümumi cərrah, tibb üzrə fəlsəfə doktoru Səkinə Xudiyeva açıqlamasında deyib.

"Hərdən deyirəm, sovet dövründə işləyən həkimlər kimiyəm. O vaxtlar yanaşma bir az fərqli idi. Pasiyent mütləq müayinələrdən keçirdi, sonra konsultasiya olunurdu. Biz həkimlər, professorlarla birlikdə oturub öz aramızda müzakirə edirdik ki, bu xəstəyə hansı əməliyyat daha uyğundur.
İndi də mən eyni prinsiplə işləyirəm. Pasiyenti əməliyyatdan əvvəl mütləq yoxlayıram. Analizlər götürülür, kardioqram, rentgen və digər müayinələr edilir. Daha sonra narkoz həkimi və digər mütəxəssislərlə məsləhətləşirik ki, bu pasiyent üçün hansı əməliyyat daha doğrudur".

Kor-koranə şəkildə — pasiyent gəldi, “mənə bunu et” dedi deyə, dərhal əməliyyat etmək düzgün deyil. Bəzən pasiyentin istəyi ilə tibbi göstəriş üst-üstə düşmür və biz də hər istəyi yerinə yetirə bilmirik.

Ətraflı videoda:

Aygün Musayeva