Koronanı nəfəslə aşkarlayan test - 2 dəqiqəyə nəticəni göstərir

  • 2021.04.20 10:55
  • 1577 Baxış
Koronanı nəfəslə aşkarlayan test -  2 dəqiqəyə nəticəni göstərir
Sinqapurda koronavirusu nəfəslə aşkar edə bilən yeni cihaz hazırlanıb.

Medicina.az xəbər verir ki, “TracieX” adlanan bu cihazlardan artıq yoluxucu xəstəliklər mərkəzində və “Çangi” hava limanında test rejimində istifadə edilir.

Sözügedən cihazlar klinik tədqiqatlar zamanı 95 % effektivdir. Bu, polimeraz zəncir reaksiyası (PZR) testi ilə eyni səviyyədədir.

Cihazla nəticəni iki dəqiqəyə əldə etmək mümkündür. Bir testin qiyməti, təxminən, 34 manatdır (20 dollar) və bu, analoqlarından ucuzdur.

Cihazın istehsalına iyunda başlanılacaq.