Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirus antitelini təyin edən analizlər aparılacaq – Xəstəliyi gizli keçirənlər məlum olacaq

  • 2020.04.22 11:48
  • 901 Baxış
Koronavirus antitelini təyin edən analizlər aparılacaq   – Xəstəliyi gizli keçirənlər məlum olacaq



Mayın sonlarına doğru bir çox ölkələrdə qanda koronavirusun antitelini təyin edən analizlər kütləvi şəkildə tətbiq olunacaq və əlçatan olacaq.


Medicina.az xəbər verir ki, artıq Rusiyada bir çox özəl klinikalar bu analizlərin reaktivlərini əldə edib. Analizin ilk laborator nümunəsi Kazan Federal Universitetində əldə ediləcək.

Koronavirus antitelinin təyini üzrə testlərin hazırlanması ilə çox sayda Rusiya şirkət və laboratoriyaları məşğul olur. Bu testlər elə də çətin başa gəlmir.


Kazan alimlərinin hazırladığı ekspress test hamiləlik testlərinə bənzəyir. Bu testin üzərinə 1-2 damla qan damızdırıb, 15 dəqiqəyə cavabı almaq mümkün olacaq.


Koronavirus antiteli virusa açıq və ya gizli yoluxub sağaldıqdan sonra orqanizmdə immun cavabın yaranmasıdır, yəni insan bu virusu keçirib. Ya gizli keçirib bilməyib, ya da xəstə olub sağalıb. Koronavirus antitelinin təyini ilə ölkədə nə qədər insanın virusa yoluxduğunu dəqiq bilmək mümkün olacaq.