Koronavirus boşanmaların sayını artıracaq – Tanınmış vəkillərdən XƏBƏRDARLIQ

  • 2020.03.18 21:43
  • 3867 Baxış
Koronavirus boşanmaların sayını artıracaq –  Tanınmış vəkillərdən XƏBƏRDARLIQ

Sosial ekspert və hüquqşunaslar koronavirus pandemiyasının ailə dağılmaları və boşanmaların sayının ciddi artıracağı barədə proqnozlar verir.

Medicina.az xəbər verir ki, bunu Çin hüquq müdafiəçiləri də bildirir.

Məşhurların boşanma işində vəkil olması ilə gündəmə gələn Fiona Şeklton deyir ki, məcburi karantin və evə qapanma minlərlə evli cütlük üçün gözlənilməz stresdir və bu özünütəcrid hətta aralarında stabil münasibət olan ər-arvadın da səbrini daşıracaq.

Lakin soyuq münasibətdə olan, boşanmağa hazırlaşan və ya artıq münasibətlərdə dərin uçurum olan cütlükləri pandemiya rəsmi boşanmaya bir az da təhrik edəcək.

Xüsusən yeni evlilər və azyaşlı körpələri olan ailələrdə problem fatal səviyyədə ola bilər.

Şeklton bildirir ki, artıq ona və yaxın kolleqalarına “koronavirus və karantin bitsin, boşanma işlərinə başlayaq” deyə yüzlərlə yaxın və yad insanlardan təkliflər gəlir.

Statistik rəqəmlərə baxsaq, epidemiyanın mərkəzi olan Çinin Daçjou əyalətində nikahın qeydə alınması idarəsinə 300 cütlük boşanma üçün müraciət edib və bu həmin əyalət tarixində rekord rəqəmdir.

Bir çox bürolarda isə aprelin sonuna kimi boşanma növbələri yazılıb.

Koronavirusun gətirəcəyi iqtisadi böhran da ailələrin sütununu laxladıb, bir çox kişiləri ailə məsuliyyətindən qaçmağa vadar edəcək. Bu virus pandemiyası həm də ailə institutlarında daha çox uşaq və qadınların çətin vəziyyətə düşməsinə səbəb olacaq.