Koronavirus gözlərdən yoluxur, eynək taxın - ALİMLƏR

  • 2020.05.11 15:48
  • 1526 Baxış
Koronavirus gözlərdən yoluxur, eynək taxın   -  ALİMLƏR

Alimlər COVID -19 –un selikli maye vasitəsilə ötürülə biləcəyini müəyyənləşdiriblər



Koronavirisa yoluxma yolları, COVID -19 baradə alimlərdən gələn yeni iddialar səngimir.


Cons Hopkins Universiteti Tibb Fakültəsinin mütəxəssisləri, yalnız virusun giriş nöqtəsi hesab olunan ACE-2 zülalının deyil, həm də TMPRSS2, virus zülalının ACE-2-yə bağlandıqdan sonra gözün səthindəki hüceyrələrə daxil olmasına kömək edən bir ferment olduğunu təsbit ediblər.

Qeyd olunur ki, eyni hüceyrədə ACE-2 və TMPRSS - 2 olması virusun təsirli şəkildə çoxalması üçün kifayətdir. Mütəxəssislərə görə, nəticədə göz səthinin hüceyrələri yalnız SARS-CoV-2 infeksiyasına həssas deyil, həm də virus üçün "rezervuar" rolunu oynaya bilər.


"Okulyar səthdəki hüceyrələrin infeksiyası, gözün virusun daşıyıcısı olmasına və virusun hissəcikləri olan gözyaşardıcı mayenin onun digər insanlara ötürülməsi üçün vacib bir mexanizmə çevrilməsinə səbəb ola bilər", deyə alimlər bu qənaətə gəliblər.