Koronavirus hamiləliyə necə təsir edir – Körpəyə süd vermək olarmı?

  • 2020.03.27 17:52
  • 2999 Baxış
Koronavirus hamiləliyə necə təsir edir  – Körpəyə süd vermək olarmı?

Dünyada pandemiya fonunda hamiləliyi və uşaq əmizdirmə prosesi bu ərəfəyə düşən qadınlar da çox həyəcanlı və təşviş içindədir.


Hamiləliyin birinci trimestrində qadınlar fizioloji və immunoloji olaraq zəifləyirlər.
Bu da viruslara qarşı dözümsüzlük yaradır, qripə tutulma ehtimalını artırır.


Medicina.az xəbər verir ki, ABŞ xəstəliklərə nəzarət mərkəzinin məlumatına görə, koronavirusun hamiləliyə neqativ təsiri və ağırlaşdırması barədə heç bir əsaslı sübut və fakt qeydə alınmayıb.

Hətta bir neçə fakt var ki, virusa yoluxmuş qadın sağlam uşaq dünyaya gətirib.

Lakin eyni zamanda infeksiya daşıyıcısı anadan COVID 2019 virusuna yoluxmuş körpə doğulması faktları da var. Hazırda dəqiq rəqəm yoxdur, çünki epidemiya dövründə hələ də doğumlar olduğu üçün bu rəqəm dəyişir.
Lakin yenə də ehtiyatı əldən vermək olmaz.

Hər bir şəxs kimi hamilələr və südverənlər pandemiyanın şərtlərinə tabe olmalı, özünü qorumalıdır. Yaxşı olar ki, onlar özlərini izolə edib, evdə 1-2 adamın əhatəsində olsunlar.

Avropa reproduktiv cəmiyyətinin məsləhətlərinə görə, hamilələr qadın məsləhətxanası və poliklnikalara trimestlərə uyğun planlı müayinələri təxirə salıb, yalnız ciddi ehtiyac olduqda ginekoloqa getsin. Həkimlə suallara cavab və məsləhətləşmə distansion,telefonla aparılsın.

Qripə bənzər əlamətlər və hərarət olduqda, təcili yardım briqadasını çağırıb, öz ginekoloquna məlumat verməlidir.
Amerika və Avropa ginekoloqlar birliyi birgə bəyənat verərək, virusun hamiləliyin gedişi, hamilə qadının səhhəti və bətndəki dölə təsiri barədə məlumat olmadığını bildirib. Amma sonsuzluqdan müalicə və hamiləliyin planlanması təxirə salınmalıdır və bu ərəfədə başlanmamalıdır.

Süd vermək olarmı?

Əgər hətta ana virus daşıyıcısı olsa belə, əmizdirməyə qadağa yoxdur. Çünki aparılan tədqiqatlar ana südü ilə virusun keçmə ehtimalını təsdiq etmədi.

Yəni koronaviruslu ananın südündə COVID 2019 olmur.

Əgər ana xəstədirsə, südü sağaraq, uşağı əlinə götürmədən, butuldan yedizməlidir. Ümumiyyətlə, bu işi belə sağlam ailə üzvü onun əvəzinə görməlidir.

Eləcə də ana sağlam olsa da, əmizdirən zaman döş giləsi, əllər, burun dezinfeksiya olunmalı, ağızda maska olmalıdır.