Koronavirus üçün dua yazan şəxs həbs edildi - TÜRKİYƏDƏ

  • 2020.04.06 14:59
  • 2284 Baxış
Koronavirus üçün dua yazan şəxs həbs edildi -  TÜRKİYƏDƏ
Türkiyədə Güngören vilayətində özünü imam olaraq tanıdan və vətəndaşları 'koronavirus müalicəsi, cütləri barışdırmaq, sehrləri pozmaq və bəxt açmaq' kimi bəhanələrlə aldadan Fikrət G. tutulub.

Saxta imamın evindən son günlər dünyaya təsir edən koronavirusa qarşı yazdığı dualar aşkarlanıb.



Polis “müştəri” vasitəsilə Fikrət G. ilə əlaqə yaradıb və 4 aprel şənbə gününə görüş təyin olunub.

Polis məmurunu müştəri hesab edən saxta "müəllim" onunla 200 TL-yə razılaşıb. Əvvəldən seriya nömrələri qeydə alınan pul Fikrət G.-yə təhvil verilərkən o, polis tərəfindən cinayət başında həbs olunub.

Onun barəsində Türkiyə Cinayət Məcəlləsinin 158-ci maddəsi ilə 'Dini etiqad və duyğuların istismarı ilə fırıldaqçılıq' və 1219 nömrəli 'Təbabət və Məsləhət Sənəti Tətbiqi Qanunu' adlı ittihamlar irəli sürülüb.