Koronavirus xroniki xəstəliyə çevrilə bilər – ALİMLƏR

  • 2021.01.08 19:32
  • 1835 Baxış
Koronavirus xroniki xəstəliyə çevrilə bilər  – ALİMLƏR

Son araşdırmalara görə, virus infeksiyasını keçirmiş xəstələr uzun müddət onun fəsadlarından əziyyət çəkir, orqanizmlərinin əvvəlki kimi olmadığını bildirir, hətta bir çoxu yenidən qızdırma, titrətmə, öskürək əlamətləri yaşayır.


Medicina.az xəbər verir ki, Niderland alimləri kovid 19 xəstəliyini yüngül və orta keçirən xəstələr üzərində apardıqları tədqiqatın nəticəsi olaraq koronavirusun xroniki xəstəlik olaraq qala biləcəyini elan ediblər.

Onların faktlarına görə, xəstəliyin simptomları və başqa cür gedişi hətta 3-4-7 həftədən sonra başlaya bilər.

Belə xəstələrdən biri danışır ki, koronavirusa yoluxub, sağalıb, 1 həftə özünü yaxşı hiss edib və buna sevinirdi. Lakin 3 ay sonra onda qəribə dəyişiklər başlayıb, ətdən ikrah hissi, iştahın itməsi, 10 kq arıqlama, ürəkbulanma, ürəkdə taxikardiya.

90% sağalmış xəstələr 3-4 ay ərzində halsızlıq, yorğunluq, əzələ ağrıları hiss edib.


87% əsəb, nevroloji, yuxu pozulması, 86%-də bədəndə müxtəlif ağrılar hiss etdiyini deyib.


Alimlər bildirir ki, koronavirusdan sağaldıqdan sonra 4-8 ay ərzində hələ də özünü yaxşı hiss etməyən xəstələri xroniki xəstə hesab etmək olar və onları şikayətlərə uyğun müalicə etmək, reabilitasiyaya göndərmək vacibdir.