Koronavirusa ən çox bu şəxslər yoluxub - AÇIQLAMA

  • 2020.05.09 17:32
  • 2548 Baxış
Koronavirusa ən çox bu şəxslər yoluxub -  AÇIQLAMA


“Koronavirus infeksiyasına yoluxanların 22 faizi 50-59 yaş arası, 18 faizi 30-39 yaş arası təşkil edir”.

Medicina.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, qadınlar arasında yoluxma yenə də üstünlük təşkil edir:

“Vəfat edənlərin 43 faizi 60-69 yaş arası, 14 faizi 70-79 yaş arası, 14 faizi 80 yaşdan yuxarı olan xəstələrdir. Bundan əlavə, 50-59 yaş arasında yoluxanlar arasında 25 faiz xəstə, 40-49 yaş arasında isə bir nəfər vəfat edib”.