Koronavirusa görə bağlanan məktəblərdən biri açıldı

  • 2021.10.29 11:15
  • 1127 Baxış
Koronavirusa görə bağlanan  məktəblərdən biri açıldı
Koronavirusun yayılmasına görə distant təhsilə keçən Bakıdakı 245 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Medicina.az -a verilən məlumata görə, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş 14 günlük karantin müddəti oktyabrın 29-da başa çatıb.

Qeyd olunub ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.