"Koronavirusa görə tibb işçiləri ölərsə, onlara xüsusi status verilsin" - TƏKLİF

  • 2020.03.30 12:05
  • 1383 Baxış
"Koronavirusa görə tibb işçiləri ölərsə, onlara xüsusi status verilsin" -  TƏKLİF
“Koronavirusa görə tibb işçiləri ölərsə, onlara xüsusi status verilsin”

Bunu deputat Məlahət İbrahimqızı parlamentin iclasında təklif edib.


O qeyd edib ki, Türkiyədə koronavirusla mübarizədə vəfat edən həkimə şəhid, bu prosesdən ziyan çəkənlərə isə qazi statusu verilir: “Təklif edirəm ki, bizdə də koronavirusla mübarizədə hər hansı tibb işçisi vəfat edərsə, ona xüsusi status verilsin”.