Avstraliyalı alimlərin hazırladığı koronavirus peyvəndinin heyvanlar üzərində sınağına başlanılıb.
Dünya Səhiyyə Təşkilatının razılığı əsasında aparılan sınaqların 3 ay davam edəcəyi bildirilir. Peyvəndlərdən birini Oksford Universiteti, digərini isə ABŞ-ın İnovio Pharmaceuticals şirkəti hazırlayıb. Peyvənd nümunələri virusa eynən insanlar kimi məruz qalan gəlinciklər üzərində sınaqdan keçiriləcək.
Sınaq müvəffəqiyyətlə başa çatsa, kliniki sınaqlara başlanılacaq.
Qeyd edək ki, ötən ay ABŞ-da insanlar üzərində təcrübə aparılmışdı.