Koronavirusa qarşı Sanum terapiya - Alman metodu

  • 2020.11.04 15:48
  • 9737 Baxış
Koronavirusa qarşı Sanum terapiya  - Alman metodu

Viruslar sərhəd tanımır
Viruslar dəyişir.


Onlar üçün coğrafi sərhəd yoxdur. Bu xüsusiyyət ötən əsrdə baş vermiş İspaniya, Asiya və Honkonq qripi, 2003-cü ildə kəskin respirator sindromu (SARS - Severe Acute Respiratory Syndrome) və hazırda bütün dünyada yayılmış
Koronavirus kimi viral pandemiyalar dövründə daha aydın görünür. Bakteriyalardan fərqli olaraq viruslar „yaşamaq“ və çoxalmaq üçün sahib orqanizmə, məs., insana ehtiyac duyur. Onlar insanı yarandığı gündən bu günə qədər müşayiət edib, özləri dəyişib və həmişə insanın immun sisteminə meydan oxuyublar.


Orqanizmin ümumi konstitusiyasından və immun sistemin sağlamlıq vəziyyətindən asılı olaraq viruslar müxtəlif xəstəliklərin səbəbi ola bilərlər. Bu, məsələn, yüngül soyuqdəymədən qripə qədər geniş spektri əhatə edir.

Aktivləşməzdən əvvəl bəzi viruslar (gizli viruslar) orqanizmdə persistensiya edir və ya məs., nəfəs aldığımız hava ilə birbaşa orqanizmə hücum edirlər. Adətən, hər iki halda sağlam anadangəlmə immun sistem xəstəliyin inkişafının qarşısını ala bilir. İmmun sistem zəiflədikdə virus, xüsusən də dəyişilmiş və aktivləşmiş olduqda, orqanizmin zəifliyindən istifadə edərək çoxalır və öz yaşamını təmin edir.


SANUM-terapiyada orqanizmin güclənməsi, həm də viral xəstəliklərin müalicəsi üçün ümumi orqanizmin konstitusiyasını, xüsusən də təbii immuniteti gücləndirmək mühümdür.

İmmun sistemini məqsədyönlü şəkildə viruslara qarşı gücləndirmək üçün SANUM-terapiyada QUENTAKEHL® təyin olunur. QUENTAKEHL® kəskin və latent virus infeksiyalarında əsas preparatdır.

Virus və bakteriyalara qarşı tənəffüs yollarının selikli qişasının tamlığı xüsusən vacibdir. Selikli qişanın qorunması və regenerasiyası profilaktika və müalicənin mühüm hissəsidir. Bunun üçün FORTAKEHL® seçim preparatıdır. SANKOMBI® - orqanizmin fiziki sağlamlıq vəziyyətini gücləndirən preparatdır. O, SANUM-terapiyanın iki fundamental preparatının - MUCOKEHL® və NIGERSAN® kombinasiyasıdır.
Müalicə zamanı iltihab göstəricilərini normallaşdıran, immun sistemini gücləndirən omeğa-3 yağlarından faydalanmaq mühümdür. Bu məqsədlə omega-3 tərkibli Lipiscor preparatı təyin olunur.

Virus xəstəliklərində ümumi müalicə konsepti

Preparat

Dozalanma

Tezlik

Müalicənin davametmə müddəti


QUENTAKEHL® D5 Damcı

10 damcı oral

Gündə 2-3x

7-21 gün


FORTAKEHL® D5 Damcı

10 damcı oral

Gündə 2x

7-21 gün


SANKOMBI® D5 Damcı

10 damcı oral

Gündə 2x

7-21 gün

LİPİSCOR kapsul 2 kapsul oral

Gündə 2x
1 ay
Uşaqlarda dozalanma yaşa uyğun olaraq təyin olunur.




Yazı “Zəka” Ziyalılar Məclisi İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində hazırlanıb.