Koronavirusa su ilə yoluxma mümkündürmü -

  • 2020.03.30 11:04
  • 2047 Baxış
Koronavirusa su ilə yoluxma mümkündürmü -
Amerikalı alimlər bildiriblər ki, ətraf mühitdə virusların davranışı əsasən onların quruluşundan asılıdır.

Stanford Universiteti tədqiqatçıları SARS-CoV-2 potensial yoluxma haqqında araşdırmalarına əsasən belə qənaətə gəliblər.


Alimlər virusun ətraf mühitdə necə davrandığını tez bir zamanda anlaya bilmirlər. Çox vaxt bütün viruslar onun lipid təbəqələrinə “bükülmüş” və ya “çılpaq” olmasından asılı olur. Belə ki, virus "geyimlidir "sə, bu, ev sahibinin (xəstənin) immun sistemi ilə toqquşmamağa kömək edir ," çılpaq "viruslar isə suda asanlıqla yayıla bilir.

Mütəxəssislər bir araşdırma aparıb və su filtrləri və müxtəlif maneələrin SARS-CoV-2-yə bənzər virusların infeksiyasını yaymaq vəzifəsinin öhdəsindən gəldiyini aşkar ediblər. Buna görə də onlar suyun koronavirusun yoluxmasında heç bir əsasının olmadığı qənaətinə gəliblər.

"Bununla belə nəzərə almaq lazımdır ki, təmizlənməmiş nəcis suyu çirkli edir" .
Ən son məlumatlara görə, COVID-19 –a yoluxma sayı 551 min nəfəri keçib. 128 703 nəfər bu xəstəlikdən sağalıb, 24.914 isə dünyasını dəyişib.