“Koronavirusa yoluxmanın sürəti sağalmanı dəfələrlə üstələyir”- Nazirlər Kabineti RƏSMİSİ

  • 2020.03.30 21:03
  • 2916 Baxış
 “Koronavirusa yoluxmanın sürəti sağalmanı dəfələrlə üstələyir” - Nazirlər Kabineti RƏSMİSİ

“Koronavirusa yoluxmanın sürəti sağalmanı dəfələrlə üstələyir”.

Bunu AZTV-nin efirində Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O, məhdudiyyətin tətbiq olunacağı 20 gün barədə də açıqlama verib:

“20 günlük müddətdə həmrəylik göstərib bu rejimə əməl etsək, inanıram ki, sağalma sayı sürətlə artacaq və dinamika dəyişəcək. Bu dinamikanı dəyişsək, yəni sağalmanın sürətini artırsaq, 20 gündən sonra sərbəstləşmə tədricən verilə bilər”.