Koronavirusa yoluxmuş baş nazir xəstəxanadan iclas keçirdi

  • 2020.05.08 17:15
  • 1158 Baxış
Koronavirusa yoluxmuş baş nazir xəstəxanadan iclas keçirdi

Rusiyanın hökumət başçısı Mixail Mişustin koronavirusa yoluxduqdan sonra ilk dəfə olaraq xəstəxanadan videokonfrans formatında iclas keçirib.


Nazirlər Kabinetinin üzvləri ilə onlayn görüş zamanı M.Mişustin müharibə veteranlarına dövlət dəstəyi barədə danışıb.


Qeyd edək ki, Rusiyanın Baş naziri hazırda dövlət xəstəxanalarının birində müalicə alır. M.Mişustində koronavirus infeksiyası aprelin 30-da aşkarlanıb. Mayın 6-da isə RF Prezidenti Vladimir Putin onun vəziyyətinin yaxşılaşdığını bildirib.