Koronavirusdan ən çox ölüm olan ilk 10 ölkə – SİYAHI

  • 2020.04.01 12:27
  • 1130 Baxış
Koronavirusdan ən çox ölüm olan ilk 10 ölkə  – SİYAHI

Koronavirus (COVİD-19) infeksiyasına yoluxma zamanı ən çox ümumi ölüm sayına görə ilk 10 ölkə müəyyən edilib.

Medicina.az nocomment.az-a istinadən infeksiyaya ən çox yoluxaraq həyatını itirmiş ilk 10 ölkə siyahısını təqdim edir.

Ən çox ölüm sayına 12 428 nəfərlə İtaliyada müşahidə edilir. İkinci yerdə 8 269 nəfərlə İspaniya durur. Üçüncü yerdə isə 3 523 nəfər ölüm sayı ilə Fransa durur. ABŞ 3 431 nəfər ümumi ölüm sayı ilə 4-cü yerdədir. Çin 3 305 nəfər cəmi ölüm ilə 5-ci və 2 898 nəfər ilə İran 6-cı yerdədir.

Birləşmiş Krallıq 1 789 həyatını itirmiş ümumi say ilə 7-ci, Niderland 1 039 ölümlə 8-ci, Belçika 705 ölmüş insan sayına görə 9-cu və 682 nəfər virusdan dünyalarını dəyişmiş Almaniya 10-cu yerdədir.

İlk 10-luqda olan ölkələrin ümumi koronavirusdan ölmüş xəstə sayı 38 069 nəfərdir. COVİD-19 virusundan həyatlarını itirmiş dünya üzrə ümumi insan sayı 41 237 nəfər təşkil edir. Bununla da ilk 10-luqda olan ölkələrin ümumi ölmüş xəstələri cəmi dünya üzrə həyatını itirənlərin 92,3%-ni təşkil edir.

Qeyd olunan rəqəmlər 31.03.2020 tarixinə olan hesabatdır.